Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

18-05-2024 , 23:31

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Bələdiyyə sədri: “Poçt şöbəsinin bağlanması nəticəsində bələdiyyə büdcəsinə vəsait daxil olmur, sakinlərə isə əlavə faiz hesablanır”  

 “Poçt şöbəsinin bağlanması nəticəsində bələdiyyə büdcəsinə vəsait daxil olmur, sakinlərə isə əlavə faiz hesablanır” -bununla bağlı məlumatı Qəbələ rayonu Tüntül bələdiyyəsinin sədri Günel Ağayeva bildirib.

Sədrin sözlərinə görə, hazırda kənd ərazisində fəaliyyət göstərən poçt şöbəsi fəaliyyətini dayandırıb. Poçtda bir nəfər kənd sakini çalışırdı. Ayrıca binada fəaliyyət göstərən poçtda kənd sakinlərinə rabitə xidmətləriylə yanaşı bələdiyyə vergilənin ödənişi həyata keçirilirdi.

Təəssüf ki, bu gün  kənd sakinləri bələdiyyəyə ən cüzi məbləğdə belə olan vergiləri  ödəmək üçün rayon mərkəzinə üz tutmalı olurlar. Bir çox hallarda isə bunada imkanları olmur. Nəticə də vergilər ödənmir, bələdiyyə büdcəsinə vəsait daxil olmur, sakinlərə isə əlavə faiz hesablanır.  

Bu günlərdə bu problemin həlliylə bağlı müvafiq orqanlara müracitə etmək niyyətindəyik.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər